Marneulinin uşaq bağçalarında tətil 31 dekabrdan başlayacaq
Marneuli bələdiyyəsi ərazisində fəaliyyət göstərən uşaq bağçalarında qış tətili 31 dekabrdan başlayacaq.

Bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verdi.

Onun sözlərinə görə, bağçalarda tətil 15 yanvara kimi davam edəcək.

Xatırladaq ki, ötən il Marneuli bağçalarında qış tətili 28 yanvar tarixinə kimi davam etmişdi. Buna səbəb isə qrip virusunun yayılması olmuşdu.

Print Email
FaceBook Twitter Google