Tbilisidə yeni il şam ağacı bu il də Birinci Respublika meydanında qurulacaq
Tbilisidə yeni il şam ağacı bu il də Birinci Respublika meydanında qurulacaq. Yeni il kəndi Respublika meydanında 25 dekabrda açılacaq. Məhz həmin gün əsas şam ağacı işıqlandırılacaq.

Respublika meydanından əlavə Tbilisililər və xarici qonaqlar yeni il əhval-ruhiyyəsi ilə Orbeliani meydanında da qarşılaşacaq. Tbilisi küçələrinin yeni il işıqlandırılmasına gələn həftədən mərhələləli şəkildə başlanılacaq, Respublika meydanında və ətraf küçələrdə işıqlandırma 25 dekabrda qurulacaq.

Məlumat üçün qeyd edək ki, əsas şam ağacı və yeni il illüminiasiyaları İtalyan şirkəti İDO SRL tərəfindən hazırlanıb. Şirkət “Tbilservis qrupu” tərəfindən elan edilmiş tenderdə qalib gəlib və tender çərçivəsində yeni il ərəfəsində Müqəddəs Qiorqi monumenti, Rustaveli prospekti və Orbeliani meydanı, şəhərin əsas şam ağacı işıqlandırılacaq.

Yeni il tədbirlərinin keçirilməsi üçün 2 mln lariyə qədər məbləğ nəzərdə tutulub. Meriya tərəfindən elan olunmuş alqı-satqıya görə meriya 2020-ci ili qarşılamaq üçün və paytaxtda yeni il əhvalı yaratmaq üçün müxtəlif tədbirlər həyata keçirməyi planlaşdırır. Onların məlumatına görə bu il tədbirlər xüsusən geniş miqyaslı və rəngarəng olacaq.

Tədbirlər 20 gün ərzində, 2019-cu ilin 25 dekabrından 2020-ci ilin 13 yanvarına qədər Birinci Respublia meydanı və Orbeliani meydanında baş tutacaq. Alqı-satqı dəyəri ehtimalla 1 996 000 laridir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər