Kilsənin reytinqi iyuldan sonra 14% azalıb - NDİ
Milli Demokratik İnstitut (NDİ) və CRRC Gürcüstan tərəfindən bu gün yayımlanan araşdırmaya görə, Gürcüstanın pravoslav kilsəsinin fəaliyyətini əhalinin yarısı müsbət dəyərləndirib.
Bu göstərici 2019-cu ilin iyula olan göstəriciləri ilə müqayisədə 14% azalıb.



Qalan hissəyə gəldikdə isə kilsənin fəaliyyətini 12% mənfi, 25% orta dəyərləndirir, 12% isə suala cavab verməyib.

Qeyd olunan araşdırma 2019-cu ilin 19 noyabr-13 dekabr dövründə, Gürcüstan miqyasında aparılan 2 180 canlı müsahibə nəticəsində yazılıb, ölkənin gürcü, erməni və azərbaycandilli əhalisi arasında (işğal edilmiş ərazilər istisna olmaqla) keçirilib. Sorğunun səhv olma həddi +/- 1,9 faizdir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər