Avropanın ən incə qadınları hansı ölkədə yaşayır - ARAŞDIRMA
Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) Avropa regionunda qadın əhalisi arasında ən çox
piylənmə faizi üzrə reytinq tərtib edib.
“Marneuli” radiosu “Report”-a istinadən xəbər verir ki,
araşdırmalara görə, reytinqdə sonuncu yeri qadınları piylənmədən ən
az əziyyət çəkən Azərbaycan (15,8%) tutub. Başqa sözlə, Avropada ən
incə qadınlar Azərbaycanda yaşayırlar.
Reytinqdə sondan ikinci yeri zərif cinsin 16,2 faizinin piylənmədən
əziyyət çəkdiyi Moldova tutub, Bosniya və Herseqovina və Ermənistan
isə 17,1 faiz göstərici ilə 3-4-cü yerləri bölüşüb.
Rusiyada bu göstərici 18,1%, Gürcüstanda 19,2%, Türkiyədə isə
olduqca yüksəkdir - 24.4%.
Avropada qadınları piylənmədən ən çox əziyyət çəkən ölkə
Macarıstandır - 28,2%.
ÜST həmçinin müqayisə üçün ABŞ-dakı vəziyyəti də göstərib: orada
qadınların 35,5%-i artıq çəkilidir.
Reytinqin üst sıralarında həmçinin Böyük Britaniya (26,9%),
İrlandiya (25,1%), İspaniya (24,6%), Almaniya (24,2%), Fransa və
Ukrayna (hər biri 22%), İtaliya (20,1%) yer
alıb.