Bu həftədən Tbilisidə 18-metrlik avtobus hərəkət edəcək
Bu həftədən Tbilsidə gecə saatlarında 18 metrlik avtobus test rejimində hərəkət edəcək.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına paytaxt merinin müavini Maia Bitadze verib.

Maia Bitadzenin sözlərinə görə, avtobus paytaxtın 10 əsas prospektində hərəkət edəcək və sərnişinlərə xidmət edəcək.

Test rejiminin məqsədi isə, infrastruktur çatışmazlıqlarının müəyyənləşdirilməsi və aradan qaldırılmasıdır.

Daha sonra isə, Tbilisinin 10 əsas prospekti üçün meriya 179 ədəd 18 metrlik avtobus alacaq.

Maia Bitadzenin sözlərinə görə, 18 metrlik avtobuslar 150 sərnişin üçün nəzərdə tutulub.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər