Gürcüstanda hansı rəngdə avtomobillər daha populyardır – statistika
2019-cu ildə Gürcüstanda ümumilikdə 87 558 nəqliyyat vasitəsi qeydiyyatdan keçib ki, bunların da əksəriyyəti ağ və boz rəngli avtomobillərdir. Bu haqda məlumatı bm.ge-ya DİN-nin Xidmət Agentliyindən veriblər.

Rəsmi göstəricilərə görə ötən il 25 099 – ağ rəngli və 25 426 boz rəngli avtomobil qeydiyyatdan keçib. Sayına görə üçüncü yerdə 15 468 avtomobillə qara rəngdir. Dördüncü yeri isə 8197 avtomobillə göy rəngli nəqliyyat vasitələri tutur.

Digər rənglərə gəlincə, ötən il 6116 qırmızı, 2 377 yaşıl, 1997 sarı, 1595 palıdı, 1073 narıncı, 210 bənövşəyi rəngli avtomobil qeydiyyatdan keçib.

2018-ci ildə də populyarlıq baxımından rənglərin reytinqi demək olar eyni idi. 2018-ci ildə cəmi 79 947 nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdi. Onların rəngi belə idi:

Boz - 23 514
Ağ - 22 898
Qara - 14 312
Göy - 7682
Qırmızı - 5527
Yaşıl - 1743
Palıdı - 1614
Sarı - 1537
Narıncı - 912
Bənövşəyi - 207.

Mənbə: bm.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər