Mövqelər dəyişir, lakin cənab Amiran Qamkrelidze
sistemdə qalır,
- jurnalistlərin verdiyi müvafiq suala səhiyyə nazirinin müavini
Tamar Qabunia belə cavab verib.
Məsələ burasındadır ki, NCDC-nin rəhbəri Amiran Qamkrelidze bir
neçə ildən sonra, müəyyən layihələri bitirdikdən sonra vəzifəsini
tərk edəcəyini bildirib.
“Mövqelər dəyişir, lakin sizə demək istəyirəm ki, cənab
Amiran Qamkrelidze sistemdə qalır, o, bir neçə mühüm layihələr
çərçivəsində Milli Xəstəliklərə Nəzarət Mərkəzində məsləhətçi kimi
işləməyə davam edir və bizim ondan ekspert məsləhətlərini almaq
imkanımız var. Cənab Amiran sistemdə qalır”, - deyə
Tamar Qabunia bildirib.
Xatırlatma: Amiran Qamkrelidze bu ilin iyununda tutduğu vəzifədən
istefa verib.