Tbilisidə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı
(CAREC) ölkələrinin Sanitar və Fitosanitar tədbirlər (SPS) üzrə
işçi qrupunun 3-cü iclası keçirilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Vəfa Rüstəmova iclasda
iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
verilən məlumata görə, tədbirdə CAREC proqramı çərçivəsində qlobal
və regional səviyyədə Sanitar və Fitosanitar tədbirlər (SPS)
sahəsində görülən işlər diqqətə çatdırılıb. Həmçinin Sanitar və
Fitosanitar tədbirlərin (SPS) qlobal tendensiyası, problemlər və
onların CAREC ölkələrinə təsiri barədə fikir mübadiləsi
aparılıb.
Tədbirdə CAREC proqramı çərçivəsində ticarətin asanlaşdırılması
üçün Sanitar və Fitosanitar tədbirlərin (SPS) modernləşdirilməsi,
bazara çıxışı artırmaq, təhlükəsiz ticarəti asanlaşdırmaq və
ölkələrə qlobal dəyər zəncirlərində iştirak etmək üçün SPS
təşəbbüsləri müzakirə edilib.
İclasın yekununda CAREC-in 2030 İnteqrasiya edilmiş Ticarət
Gündəliyi çərçivəsində (CITA) 2023-2025 Strateji Fəaliyyət Planında
nəzərdə tutulan məsələlərə dair müzakirələr aparılıb, CAREC
ölkələri tərəfindən fəaliyyət planında nəzərdə tutulmuş işlər
barədə təkliflər verilib.
Mənbə: Azertag.az