Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji əməkdaşlıq formatı
müxtəlif kritik əhəmiyyətli məsələlərin müzakirəsi üçün vahid
zəncir yaradır.
Bunu Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani Tbilisidə
Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda
deyib.
“Üçtərəfli strateji səviyyəli görüşlər bizə milli
maraqlarımız əsasında birgə siyasət hazırlamağa imkan verir.
Müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər və ekspert iclasları
bizim hərbçilərimizi daha da yaxınlaşdırır və qarşılıqlı əməliyyat
qabiliyyətini yüksəldir. Biz şadıq ki, Azərbaycan bu il müdafiə
nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək”,
- nazir müavini deyib.