“Gürcü Arzusu” partiyası Ərdoğanı təbrik edib
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Prezidenti seçilməsi, “Cumhur İttifaqı”nı isə parlament çoxluğu əldə etməsi münasibətilə təbrik edib.

Hakim partiya Ərdoğanın layiqli qələbə əldə etdiyini qeyd edib:

“Türkiyə son illərdə nəzərəçarpan tərəqqi əldə edib və bu, seçkilərin nəticələrində özünü təsdiqələyib. Biz Gürcüstanın strateji tərəfdaşı və dost xalqına sülh, sabitlik, firavanlıq, Türkiyəyə və regiona tərəqqi arzu edirik”.

Hakim Partiya Rəcəb Tayyib Ərdoğanın növbəti administrasiyası dövründə iki dost ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdiriləcək və gücləndiriləcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Baş nazir Ərdoğanın Gürcüstanın böyük dostu olduğunu qeyd edib.
Mənbə: apa.az


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər