Gürcüstanda mütləq yoxsulluq həddindən aşağı yaşayan əhalinin xüsusi çəkisi 15,6%-ə qədər azalıb
2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq həddindən aşağı olan əhalinin xüsusi çəkisi (mütləq yoxsulluq səviyyəsi) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz bəndi azalaraq 15,6 faiz təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, 2022-ci ildə şəhər yaşayış məntəqələrində mütləq yoxsulluğun səviyyəsi 2,7 faiz bəndi azalaraq 12,3 faiz, kənd yaşayış məntəqələrində isə 0,7 faiz bəndi azalaraq 20,6 faiz təşkil edib.

“2022-ci ildə əhalinin bütün yaş qruplarında yoxsulluğun mütləq səviyyəsi əvvəlki illə müqayisədə azalıb. O cümlədən, 18 yaşadək yaş qrupunda bu göstərici 20,4 faiz (-2,3 faiz bəndi), 18-64 yaş qrupunda 15,3 faiz (-2,0 faiz bəndi), 65 və yuxarı yaş qrupunda isə 10,5 faiz (-2,0 faiz bəndi) təşkil edib.

Qadınlarda mütləq yoxsulluq səviyyəsi 1,8 faiz bəndi azalaraq 15,3 faiz, kişilərdə isə 2,1 faiz bəndi azalaraq 15,8 faiz təşkil edib.

2022-ci ildə əvvəlki illə müqayisədə Cini əmsalının məcmu gəlirlərə görə dəyəri 0,37-dən 0,36-ya enib, ümumi istehlak xərclərinə görə isə dəyişməyərək 0,34 təşkil edir”,
- deyə Milli Statistika Xidməti məlumat yayıb.

Mənbə: BPN

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər