Yerli sakinlər ölüləri Şovi kəndindən daşımaq üçün helikopter istəyirlər
Ölüləri Şovi kəndindən daşımaq üçün helikopter istəyirlər.

“Biz onları səhər xilasedicilərlə birlikdə çıxardıq, səhərdən sonra burada 6 ölü var. Bu dəhşət istidə sahibsiz halda selofan torbalardadırlar, vertolyot isə 9 min dəfə üstümüzdən o tərəf-bu tərəfə keçib.

Hətta Qaribaşvilini də gətirib-apardılar, onun üçün vaxtları var idi, bu adamlar üçün yox? Kim olduqlarını öyrənmək üçün apmalı deyillərmi?

Daşımaq üçün vertolyotun gəlməsi bu qədər vaxt aparır?"
- hazırda Şovidə olan "Batumelebi"nin jurnalistinə yerli sakini Daniel Bulkaşvili deyib.

Onun sözlərinə görə, meyitlər “Sunset Shove” otelinin aşağı tərəfində, futbol stadionunun yaxınlığındadır.

Rəsmi məlumata görə, Şovidə torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən məlumat daxil olan kimi material yenilənəcək.


Print Email
FaceBook Twitter Google