Kaladze Gürcüstanda daha çox Bidzina İvanişvilinin olmasını arzulayır
Tbilisi meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze bildirib ki, o, Gürcüstanda mümkün qədər çox Bidzina İvanişvilinin olmasını arzulayır.

Jurnalistlər Kaladzeyə “Bloomberg”in hesabatlarına görə Bidzina İvanişvilinin əmlakının dəyərinin rekord həddə çatdığını və 2023-cü ildə 950 milyard dollar artdığı haqda soruşublar.

“Bidzina İvanişvilinin Gürcüstanda heç vaxt biznesi olmayıb. Gürcüstanda o, yalnız xeyriyyəçiliklə məşğul olub və hələ də məşğuldur. Müxtəlif istiqamətlərdə bir çox layihələr həyata keçirilir, xeyriyyəçilik üçün neçə milyard dollar xərcləndiyi barədə rəsmi məlumat tapa bilərsiniz. Mən sadəcə arzulayırdım ki, ölkədə mümkün qədər çox Bidzina İvanişvili olsun ki, belə dəstəkləyici və xeyriyyə layihələri həyata keçirilsin”,
- Kaladze bildirib.

Dekabrın 24-də yenilənmiş məlumatlara görə, İvanişvilinin əmlakı 6,55 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da “Bloomberg” agentliyinin 2013-cü ildə İvanişvilinin əmlakının statistikasını dərc etməyə başlamasından bəri ən yüksək göstəricidir.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google