AYNA: “Qırmızı Körpü” gömrük postunda 278 avtomobil gözləyir"
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 47, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 8 yük maşını var.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google