Nazir: "Bu il Türkiyə, Gürcüstan və Rusiya ilə görüşlərdə mühüm nəticələr əldə olunub"
İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi dairələrin qərəzli siyasəti Azərbaycanın xarici siyasəti üçün müəyyən çağırışlar yaratsa da, onların öhdəsindən gəlməyə nail olunub: "Xarici siyasətimiz məzmun baxımından zəngin olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət dövlətimizin milli maraqlarının təmin olunmasına yönəlib. 2023-cü ildə Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. İl ərzində Türkiyə, Gürcüstan və Rusiya ilə ali səviyyədə baş tutmuş görüşlərdə mühüm nəticələr əldə olunub".

Nazir bildirib ki, bu il Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji əməkdaşlığı sahəsində dialoq davam etdirilib: "Eyni zamanda "Şərq tərəfdaşlığı" proqramına ölkələri arasında Azərbaycanın iştirakı təmin olunub. Bu il həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib. Həmin iclasda çoxşaxəli müzakirələr aparılıb. Xəzərin dostluq dənizi olması ilə bağlı razılığa gəlinib".

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google