Marneulinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 15 yanvar tarixində, saat 13:00 radələrində Marneulinin Rustaveli küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı avtomobil və moped toqquşub.

"Marneuli" radiosunun məlumatına görə, moped sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, baş vermiş faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.

Həmin maddə yol hərəkəti qaydalarının və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google