5 mart tarixində Marneuli Bələdiyyə Məclisi iclasında sahibsiz
itlər məsələsi müzakirə olunub.
İclasın sonunda “Vahid Milli Hərəkat”-ın sədr müavini Ramal Əhmədov
çıxış etdi və Bələdiyyə Məclisi sədrinə sual ünvanladı. Sual
bələdiyyənin sahibsiz itlər problemini həll etmək üçün nə
planlaşdırması ilə bağlı idi.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze suala cavab olaraq
bildirdi ki, bələdiyyə bu məsələ üzərində işləyir.
“Bilirsiniz ki, Bələdiyyə Məclisində Gender Şurası var
və Gender Şurasının katibi İa xanım plan hazırlayıb. İtlər üçün
artıq 130 evcik, sığınacaq sifariş verilib. Onlar elə yerə
yerləşdiriləcək ki, itlərin sığınacağı və yemi olsun. Bu halda ümid
edirəm ki, vətəndaşlar da bizə qoşulacaqlar, kimin imkanı var bu
itlərə yemək versin. Ümumilikdə, quberniya Kvemo Kartlidə böyük
sığınacaqlardan birinin yaradılması üzərində işləyir. Həmin
sığınacaq Kvemo Kartlinin bütün bələdiyyələrinə xidmət göstərəcək.
Bu məsələ hamını narahat edir, amma düşünürəm ki, yaxın gələcəkdə
həll olunacaq”, – Amiran Qiorqadze bildirib.
5 mart tarixində, Marneuli Bələdiyyə Məclisi iclasında 8 məsələ
müzakirəyə çıxarılıb. Bələdiyyə üzvləri bütün məsələlərlə bağlı
müsbət qərar qəbul etdilər.