Novruz bayramı tədbiri ilə əlaqədar Marneuli meriyası ərazisində küçə bağlanacaq
Novruz bayramı tədbiri ilə əlaqədar Marneuli meriyası ərazisində küçə bağlanacaq. Bu barədə yerli özünüidarə məlumat yayıb və yazıb ki, meriya binası ərazisində Rustaveli küçəsi bu gün, 20 mart, saat 19:00-dan bağlanacaq. Maşınların hərəkəti 21 mart, saat 23:00-da bərpa olunacaq.


Marneulidə Novruz bayramına həsr edilmiş tədbir 21 mart tarixində, saat 12:00-da başlayacaq.

Gündəlik belədir:
  • Saat 12:00 – Rustaveli küçəsində yürüş, Bahar qızın faytonla gəlişi, “Su çərşənbəsi”, “Yel çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Od çərşənbəsi”.
  • Saat 12:40- Ənənəvi tonqalın yandırılması, Novruz bayramının rəmzlərindən biri;
  • Saat 13:00- Tbilisi Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının iştirak etdiyi tamaşa: Novruzun rəmzi olaraq tanınmış qəhrəmanların Bahar qızı, Kosa, Keçəl və Dədə Qorqudun təcəssümü.
  • Tədbir çərçivəsində sərgi pavilyonları, uşaqlar üçün əyləncə məkanı, attraksionlar, animatorlar şousu nümayiş etdiriləcək. Yerli rəssamların əsərləri, əl işləri, şirniyyat məmulatları, çiçəklərin sərgi-satışı, ənənəvi yeməklər, şirniyyatlar və çay təqdim olunacaq.
  • Bayram proqramı çərçivəsində gürcü güləşi, qol güləşi, oxçuluq üzrə idman fəaliyyətləri keçiriləcək.
Konsert proqramı
  • Saat 13:00
    – Tina Nargilə və yerli ifaçılar
  • Saat 13:45 – Duet Leon
  • Saat 14:15 – Dəvət edilmiş müğənni Vəfa Şərifova.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google