Qanuni məşğulluq dövlət proqramı ilə 2023-cü ildə Gürcüstandan 1193 nəfər Almaniyada, 3 nəfər isə İsraildə işlə təmin olunub
Qanuni məşğulluq dövlət proqramına əsasən, 2023-cü ildə Gürcüstandan 1193 nəfər Almaniyada, 3 nəfər isə İsraildə işlə təmin olunub.

Məlumata görə, 2021-ci ildə Almaniya Federativ Respublikasında mövsümi işlərdə məşğulluq proqramına start verilib və Almaniya tərəfindən 2732 nəfərə iş icazəsi verilib.

“İsrail Dövlətində yaşlılar üçün uzunmüddətli qayğı müəssisələrində 20 nəfər, o cümlədən 2023-cü ildə 3 nəfər işlə təmin olunub (İsrail Dövlətində müvəqqəti, qanuni məşğulluq sxemi 2022-ci ilin ikinci yarısında işə salınıb)”.

Bundan əlavə, bildirilir ki, “Gürcüstan işçi qüvvəsinin Almaniya Federativ Respublikasında mövsümi işlərə cəlb edilməsi haqqında” saziş 2020-ci il fevralın 6-da imzalanıb və onun praktiki icrasına 2021-ci il fevralın 15-də workabroad.moh.gov.ge xüsusi elektron platformasında başlanılıb.

“Məlumat bazasında ümumilikdə 99 838 nəfər qeydiyyatdadır (2023-cü ildə 443 nəfər qeydiyyata alınıb). "Bundan 76 min nəfərlə telefon əlaqəsi yaradılıb, onlardan təxminən 4030 nəfəri müsahibəyə gəlib", - hesabatda deyilir.
İsrailə gəldikdə isə hesabatda qeyd olunur ki, 2023-cü ildə İsrail Dövlətində tibb bacısı vəzifəsinə 115 nəfər qeydiyyatdan keçib, 3 nəfər isə işlə təmin olunub.Hazırda dövlətdə davam edən hərbi əməliyyatlar səbəbindən proqramın icrası dayandırılıb.

Dairəvi əmək miqrasiyası istiqamətində 4 tərəfdaş ölkə ilə, o cümlədən Almaniya Federativ Respublikası, İsrail Dövləti, Fransa Respublikası və Bolqarıstanla sazişlər və müvafiq icra protokolları imzalanmışdır. Hazırkı mərhələdə agentlik iki ölkə, İsrail Dövləti və Almaniya Federativ Respublikası ilə mövcud sazişlərin həyata keçirilməsində birbaşa iştirak edir”,
- məlumatda qeyd olunur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google