Gürcüstanın 27 291 vətəndaşı xaricdə rəsmi qeydiyyatdadır, onlardan
23 281-i böyüklər, 4 010-u isə yetkinlik yaşına çatmayanlardır
– bunu deputat Levan Xabeişvilinin sualına cavab olaraq Dövlət
Xidmətlərinin İnkişafı Agentliyi qeyd edib.
Agentliyin məlumatına görə, Gürcüstan vətəndaşlarının ən çoxu
Rusiya Federasiyasında qeydiyyatdadır - 7569, Yunanıstan ikinci
yerdədir - 4048, ilk üçlükdə Ukrayna da var ki, burada 2024-cü ilin
aprelinə 2652 Gürcüstan vətəndaşı qeydiyyatdadır.
İlk onluğa aşağıdakılar daxildir:
- Almaniya - 1917 vətəndaş
- İspaniya - 1475 vətəndaş
- ABŞ - 1 407 vətəndaş
- Fransa - 1118 vətəndaş
- İsrail - 1070 vətəndaş
- Türkiyə - 731 vətəndaş
- Belçika - 710 vətəndaş
Agentliyin cavabına əsasən, 1118 vətəndaşın işində ölkə
göstərilməyib.
Gürcüstanın Kolumbiya, Malta, Lüksemburq, Sloveniya və Tacikistanda
hərəsində 1 nəfər olmaqla cəmi 5 vətəndaşı qeydiyyatdadır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.