Hüquq-mühafizə orqanının əməkdaşı həyat yoldaşına qarşı zorakılıq və təhdidlərə görə saxlanılıb
Xüsusi İstintaq Xidmətinin əməkdaşları zorakılıq və hədə-qorxu əməllərinə görə Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı İşlər İdarəsinin əməkdaşını saxlayıblar.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək olan müddətdə arvadını boşandıqdan sonra telefon danışığı zamanı, o cümlədən internet tətbiqi vasitəsilə səsli mesajlar göndərməklə sistematik şəkildə zorakılığa məruz qoyub, zərərçəkmişi və ailə üzvlərini sistemli şəkildə həyatlarını almaqla hədələyib.Həmçinin 22 avqust 2023-cü il tarixdə müttəhim zərərçəkmişin yaşadığı ünvanın darvazasına hədə-qorxu mesajı yazıb və hədə-qorxu gəlmək məqsədilə orada bir patron qoyub. Bundan başqa, oktyabrda 25.02.2023-cü il tarixdə oğlunu aparması ilə əlaqədar zərərçəkmiş şəxslə münaqişə zəminində odlu silah nümayiş etdirərək onun həyatını almaqla hədələmiş və hədə əlaməti olaraq pistoletdən 3 dəfə atəş açaraq hadisə yerini tərk etmişdir. Həmçinin, 29 mart 2024-cü il tarixində təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsilə zərərçəkmişə səsli mesajlar göndərərək onu yenidən öldürməklə hədələyib.

Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadına müraciət etdikdən sonra təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirib. Şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar və elektron məlumatlar əldə edilib, bundan sonra 2024-cü il aprelin 10-da hüquq-mühafizə orqanlarının əməkdaşı məişət zorakılığı və hədə-qorxu ilə təqsirləndirilərək saxlanılıb”,
- deyə məlumatda bildirilir.

Cinayət 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır, asayiş keşikçisi 48 saat ərzində ittiham olunacaq.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google