1 789 440 lari sui-istifadə edən 26 şəxs barəsində qanuni təqibə başlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, dövlət məqsədli kreditdən təyinatı üzrə istifadə edilməməsi və saxta sənədlərin hazırlanması və istifadəsi faktları üzrə 26 nəfərə qarşı cinayət təqibi başlanıb.

“Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdıraraq həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində dövlət məqsədli kreditindən təyinatı üzrə istifadə edilməməsi və saxta sənədlərin hazırlanması və istifadəsi faktları üzrə 26 nəfər barəsində cinayət təqibi başlanıb.

İstintaq müəyyən edib ki, “Dövlət Güzəştli Kənd Təsərrüfatı Krediti” layihəsi çərçivəsində cavabdehlər 2018-2022-ci illərdə müxtəlif bank qurumlarından ümumilikdə 1 milyon 789 min 440 lari məqsədli aqrokredit alıblar ki, bunun da əsas hissəsi ilə dövlət büdcəsindən faizləri maliyyələşdiriblər. Kreditlər kənd təsərrüfatı fəaliyyətlərinə, o cümlədən çoxillik bitkilərin becərilməsinə, şərabçılıq avadanlıqlarının alınmasına, xırda mal-qaranın alınmasına, təsərrüfatların və anbarların tikintisinə sərf edilməli idi.

Müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi səmərə əldə etmək məqsədilə həmin vəsaiti şəxsi maraqları naminə istifadə edərək, cinayət əməlini ört-basdır etmək məqsədi ilə saxta alqı-satqı aktları hazırlayıb, o cümlədən şəxsi auditorlar tərəfindən saxta rəylər tərtib ediblər.

Sözügedən cinayət əməli nəticəsində dövlətə dəymiş ziyanın məbləği ümumilikdə 227 748 lari təşkil edib və aparılan istintaq hərəkətləri nəticəsində dövlətə əlavə olaraq 238 709 lari ziyan vurmaq ehtimalının qarşısı alınıb.

"Bu mərhələ üçün 179 442 lari məbləğində dəymiş ziyan ödənilib. Dövlət büdcəsinə dəymiş ziyanın qalıq hissəsinin səfərbər olunmasını təmin etmək üçün müvafiq tədbirlər görülür. İş Gürcüstan Cinayət Məcəlləsinin 208, 210 və 362-ci maddələri ilə araşdırılır ki, bu da cəza olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google