Böyrəkləri təmizləyən 3 ƏN YAXŞI TƏRƏVƏZ
Mütəxəssislər hər zaman vurğulayır ki, düzgün və faydalı qidalanmaqla insan özünü bir çox xəstəliklərdən qoruya bilər.

Bir çox adi qida məhsullarını həm də təbii dərmanlar adlandırmaq olar. Bu xüsusilə meyvə və tərəvəzlərə, süd məhsullarına, paxlalılara, taxıl bitkilərinə aiddir.

Qida mütəxəssislərinin müşahidələrinə görə, bəzi tərəvəzlər böyrəkləri çox yaxşı təmizləyir və xəstəliklərdən qoruyur. Bu ilk növbədə kələmə aiddir. Kələmin tərkibində olan fitokimyəvi maddələr orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir və bununla da böyrəklərin işini asanlaşdırır.

Digər böyrəklər üçün faydalı olan tərəvəz qulançardır. Qulançar həm orqanizmi təmizləyir, həm də A və C vitaminləri ilə təmin edir.

Flavonoidlər və kversetinlə zəngin olan soğan (xüsusilə qırmızı soğan) böyrəklərdən ziyanlı maddələri xaric etməyə yardım edir.

Bundan əlavə mütəxəssislər böyrəklər üçün ən ziyanlı məhsulları da sadalayıb: fast-fud, şirniyyatlar və spirtli içkilər.

Mənbə: Saglamolun.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google