Tbilisi məhkəməsi “xarici agentlər haqqında” qanuna etiraz edənə 9 il həbs verib
Tbilisi Şəhər Məhkəməsi ötən il “xarici agentər haqqında” qanun layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılmış yeganə etirazçı ilə bağlı yekun qərarını bəyan edib.

Məhkəmə 23 yaşlı Lazare Qriqoriadisə 9 il həbs cəzası verib. O, 2023-cü il 7-9 mart tarixlərində baş vermiş etirazlar zamanı polisə “Molotov kokteyli” atmaqda, həmçinin polis maşınına od vurmaqda ittiham edilib. Hakim Zviad Şaraşadze onu hər iki ittiham üzrə müqəssir hesab edib.

Qriqoriadisin ailə üzvləri əfv üçün dərhal Prezident Salome Zurabişviliyə müraciət edəcəklərini bildiriblər. Gürcüstanın bəzi vətəndaş cəmiyyəti fəalları hökmün Tbilisidə gələn həftədən etibarən planlaşdırılan nümayişlərdən əvvəl verilməsinin məqsədyönlü olduğunu bildiriblər.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google