Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları külli miqdarda bəyan edilməmiş qızıl və gümüş malların ölkəyə gətirilməsinin qarşısını alıblar
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük-keçid məntəqələrində - “Sarpi”, “Sadaxlo” və “Tbilisi Hava Limanı”nda gömrükçülər tərəfindən külli miqdarda bəyan edilməmiş qızıl və gümüş zinət əşyaları, 1 ədəd qızıl sikkə və 2 ədəd qızıl külçə ( qızılın ümumi çəkisi: 187 ,46 qram, gümüşün ümumi çəkisi: 2950 qram) aşkar edilmişdir.

Bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

“Cari ilin son iki həftəsinin məlumatına əsasən, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi”, “Sadaxlo” və “Tbilisi Hava Limanı” gömrük-keçid məntəqələrində gömrükçülər, vətəndaşlar tərəfindən Gürcüstan və xarici ölkələrin müvafiq risk profili və şübhəsi əsasında fiziki və ona məxsus baqajlara ətraflı baxış nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl və gümüş zinət əşyaları, 1 ədəd qızıl sikkə və 2 ədəd qızıl külçə (cəmi) qızılın çəkisi: 187,46 qram, gümüşün ümumi çəkisi: 2950 qram) aşkar edilmişdir.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 33 642,68 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq, qanunu pozan vətəndaşlara sanksiya kimi 33 642,68 lari məbləğində pul cəriməsi təyin edilib”,
- məlumatda deyilir.


Print Email
FaceBook Twitter Google