Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisinin
Rustaveli prospektində, parlament binası yaxınlığında keçirilən
anti-Rusiya aksiyasında 14 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, "zorakı hərəkətlər
nəticəsində" bir polis yaralanıb.
“İctimai asayişin qorunması məqsədilə Tbilisidə,
Rustaveli prospektində, Parlament binasının yaxınlığında Daxili
İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları bir neçə
saatdır səfərbər olunub. Etirazçıların zorakı hərəkətləri
nəticəsində Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, ona
müvafiq tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə aksiyanın
təşkilatçılarını və iştirakçılarını Daxili İşlər Nazirliyinin
nümayəndələrinin qanuni tələblərinə tabe olmağa, sərbəst toplaşmaq
və ifadə azadlığının qanuni hüdudlarını aşmamağa çağırıblar, aksiya
iştirakçıları heç bir addım atmayıblar. Qanuni tələblərini nəzərə
alaraq, ictimai asayişi pozmuş, asayiş keşikçilərinə müqavimət
göstərmiş və şifahi təhqir etmiş, nəticədə polis İnzibati Xətalar
Məcəlləsinin 166 və 173-cü maddələrinə uyğun olaraq 14 nəfər həbs
edilmişdir”, - deyə məlumatda bildirilir.
Məlumata görə, saxlanılanlar arasında müxalifətin “Girçi – Daha
Azadlıq” Partiyasının lideri Zurab Caparidze də var.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.