Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli
Müdafiə Komitəsinin sədri Hulusi Akarın
rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın müdafiə naziri İrakli
Çikovani ilə görüşüb.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyi (MN) yayıb. Bildirilib ki,
müdafiə naziri İrakli Çikovani Gürcüstan və Türkiyə arasında
səmərəli əməkdaşlığın regional sülh və sabitlik üçün ön şərt
olduğunu qeyd edib, bu kontekstdə xüsusi
diqqət strateji
əməkdaşlığın önəminə fokuslanılıb.
Gürcüstan MN-nin məlumatına görə, tərəflər Azərbaycan, Türkiyə və
Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığı da müzakirə ediblər.
Qeyd olunub ki, bu üçtərəfli əməkdaşlığın məqsədi regional
təhlükəsizliyi gücləndirməkdir. İrakli Çikovani bu il Gürcüstanın
Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli
görüşünə ev sahibliyi edəcəyini qeyd edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.