Transparency International - Georgia qeyri-hökumət təşkilatı Daxili
İşlər Nazirliyinin əməkdaşları tərəfindən
media nümayəndələrinə qarşı fiziki zorakılıq halları ilə bağlı
bəyanat yayıb.
“Kütləvi informasiya vasitələrinin məlumatına görə, rus
qanunlarına zidd aksiyanın işıqlandırılması zamanı Daxili İşlər
Nazirliyinin nümayəndələri “Publika”, “Tabula” və “Aprel” internet
nəşrlərinin jurnalistləri Aleksandr Kevxişvili, Qiorqi Badridze və
Qiorqi Basxacauriyə qarşı fiziki güc tətbiq ediblər və onların
jurnalist fəaliyyətinə kobud müdaxilə ediblər.
Transparency İnternational-Georgia hüquq-mühafizə orqanlarına
xatırladır ki, jurnalistin peşəkar fəaliyyətinə qeyri-qanuni mane
olmaq Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin
pozulmasıdır.
Biz Daxili İşlər Nazirliyini baş vermiş hadisələrlə bağlı dərhal
araşdırma aparmağa və qanunu pozanları məsuliyyətə cəlb etməyə,
həmçinin media nümayəndələri üçün təhlükəsiz iş mühitini təmin
etməyə çağırırıq”, - Transparency International -
Georgia yazıb.
“Tabula”, “Publika” və “Aprel” qəzetlərinin jurnalistləri mitinqi
işıqlandırarkən döyülüblər.
Xüsusi təyinatlıların əməkdaşları gecə saat 00:30 radələrində
qəfildən basqın edərək vətəndaşları həbs etməyə başlayıblar. Mitinq
iştirakçıları parlamentin arxa hissəsinə toplaşıblar.
Aprelin 16-da saat 12:00-da parlamentin arxasında, daha sonra saat
19:00-da parlamentin qarşısında rus qanunlarına qarşı nümayiş
başlayıb. Plenar iclasla paralel olaraq vətəndaşlar qanun
layihəsinə etiraz ediblər.
Daxili İşlər Nazirliyinin saat 23:00 radələrində yaydığı açıqlamaya
görə, mitinqdə 11 nəfər saxlanılıb və polis bibər qazından istifadə
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.