Aprelin 18-də gecə yarısı hökumət administrasiyası yaxınlığında
keçirilən etiraz aksiyasında polis
tərəfindən avtomobilə mindirilən “Vətəndaşlar”ın lideri Aleko
Elisaşvili bildirib ki, hüquq-mühafizə orqanları onu “amansızcasına
döyüblər”. Elisaşvili deyib ki, onun qabırğalarından biri
sınıb.
“Dərhal Vaja Siradzenin (Patrul
Polis İdarəsinin direktoru) göstərişi ilə bir neçə polis məni
sürüyüb apardı, o zaman mən yıxılmışdım və orada məni amansızcasına
döydülər. Sonra bir neçə saat orada oldum, məni DİN-in Didubi
şöbəsinə, Tsereteliyə apardılar. Normal, insani mühit var idi.
Klinikaya gəldim, çox ağrıdı və məlum oldu ki, qabırğam sınıb.
Döyüşlə "Ancelina Colinin dodağını qazandım", - deyə Aleko
Elisaşvili bildirib.
"Ötən gecə saat 00:00
radələrində polis “Agent qanunu”na qarşı keçirilən aksiyada
Elisaşvilini hökumət administrasiyasının binasında zorla ərazidən
çıxarıb.
Daha sonra ictimai müdafiəçi
Levan Yoselian sosial şəbəkədə "Aleko mənimlədir!" Özünü normal
hiss edir”, - deyə yazıb.
Gürcüstan Parlamentinin əksəriyyəti aprelin 17-də birinci oxunuşda
“Agentlər haqqında qanun”u qəbul edib və bunun ardınca Tbilisidə
Parlament binasıı yaxınlığında genişmiqyaslı etiraz aksiyaları
keçirilib.
“Gürcü Arzusu” özünün təşəbbüskarı olduğu “xarici təsirlərin
şəffaflığı haqqında qanun layihəsi”ndə xaricdən maliyyələşən
qeyri-hökumət təşkilatlarının və KİV-lərin şəffaflığını və dövlət
suverenliyinin qorunmasını hədəfləyir.
Vətəndaş cəmiyyəti və müxalifət partiyalarının böyük bir hissəsi
qanunu rusyönümlü adlandırır və hesab edir ki, hakim partiyanın
məqsədi demokratiyanın inkişafı ilə bağlı fəaliyyət göstərən
təşkilatları məhdudlaşdırmaq və Avropa Birliyinə üzvlük prosesini
əngəlləməkdir.
Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Gürcüstan
hakimiyyətinə dəfələrlə xəbərdarlıq edib ki, qanunun qəbulu
Gürcüstanın Avropa İttifaqına doğru irəliləməsinə mənfi təsir
göstərəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.