Kvemo Kartli deputatları “Rus qanununu” birinci dinləmədə bu il də dəstəkləyiblər
Gürcüstan Parlamentinin “Rus qanununu” dəstəkləyən 83 deputatı arasında Kvemo Kartlidə yaşayan majoritar deputatlar da var. Zaur Darğallı və Qoqi Meşveliani Gürcüstan Parlamentinin Kvemo Kartli majoritar dairələrindən seçilmiş deputatlarıdır.

Savalan Mirzəyev isə Parlamentə “Gürcü Arzusu”-nun proporsional siyahısı ilə seçilib – onların hər üçü 17 aprel tarixində, “Gürcü Arzusu” tərəfindən irəli sürülmüş “rus qanununu” birinci dinləmədə dəstəkləyiblər.

Zaur Darğallı Parlamentin Marneuli və Qardabani majoritar seçki dairəsindən seçilmiş deputatıdır.

İş təcrübəsi:

2019-2020
Marneuli meri
2017-2019
Kvemo Kartli dövlət qubernatorunun müavini
2014-2017
Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan dövlət nazirinin Kvemo Kartli regionu üzrə nümayəndəsi
2012-2013
Marneuli Mülki Məşğulluq Mərkəzi
2008-2011
Marneuli Gənclər Mərkəzi – proqram meneceri
Zaur Darğallı həmçinin, “Marneuli” radiosunda da işləyib, amma o, həmin iş təcrübəsini Parlamentin veb-səhifəsində qeyd etməyib.

Qoqi Meşveliani – Parlamentin Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka majoritar dairəsindən seçilmiş deputatı

İş təcrübəsi:

2014-2016
Bolnisi bələdiyyəsinin icra başçısı
2005-2014
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının və Gürcüstan Qaçqınlar və Köçkünlər Nazirliyinin vahid koordinatoru
2001-2003
Gürcüstanın Gəlirlər Nazirliyinin Marneuli zonası üzrə vergi müfəttişliyinin rəhbəri
1997-2001
Dövlət Vergi Müfəttişliyinin rəhbəri
1996-1997
Bolnisi rayon İcra Hakimiyyətinin İqtisadiyyat Xidmətinin rəhbər müavini
1995-1996
Gürcüstan Parlament üzvünün bürosu – Büro rəhbəri
1994-1995
Gürcüstan Gənclərin İşi üzrə Dövlət Departamentinin müvəkkili
1991-1994
Gürcüstan Respublikasının Milli Qvardiyasının zabiti

Savalan Mirzəyev – Parlamentin “Gürcü Arzusunun” proporsional siyahısından seçilmiş deputatı

İş təcrübəsi:
2013-2016
Gürcüstan Hökumət Dəftərxanasında Baş nazirin müavini
2009-2013
Qeydiyyat məsələləri üzrə Gürcüstan Dövlət naziri Aparatının İcra Katibliyinin Dövlət nazirinin müşaviri, nazirin milli/etnik azlıqların sıx məskunlaşdığı regionlarda nümayəndəsi
2007-2008
Qardabani bələdiyyəsinin İcra Hakimiyyəti Aparatının hüquqi məsələlər üzrə baş mütəxəssisi, aparatın rəhbəri
2006-2007
Qardabani bələdiyyəsinin İcra Hakimiyyəti Aparatının Yenidənqurma və Kommunal Təsərrüfat Xidmətinin baş mütəxəssisi

Qanun layihəsini Parlament çoxluğundan “Gürcü Arzusu”-nun 73 deputatı, “Xalq gücü”-nun 9 üzvü və “Avropalı sosialistlərin” 1 üzvü dəstəkləyib. Qanun layihəsinin dinlənməsi ilə yanaşı, bütün gün ərzində Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ötən il olduğu kimi indi də “Gürcü Arzusu”-nun “Rus qanununu” geri çəkməsini tələb edirlər.

Qeyd edək ki, Savalan Mirzəyev, Zaur Darğallı və Qoqi Meşveliani həmin qanun layihəsini 2023-cü ilin 7 mart tarixində də birinci dinləmədə dəstəkləmişdilər. 10 mart tarixində isə Gürcüstan Parlamenti “Gürcü Arzusu”-nun dəstəklədiyi “Xarici təsir haqqında” qanun layihəsini ikinci dinləmədə dəstəkləməmişdi. Bundan sonra vətəndaşların etirazına görə “Gürcü Arzusu” qanun layihəsini geri çəkməli oldu.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google