Bu hərəkətlər bizə bir daha bu qanuna ehtiyac olduğunu
və bu qanun layihəsinə insanların dəstəyini
göstərdi”.
- Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında
deyib.
“Ona görə də təbii ki, Gürcüstan Parlamenti bu qanunun
müzakirəsini davam etdirəcək, əgər kimin arqumenti varsa – müzakirə
gedir.
Bizim mövqeyimiz aydındır ki, bu qanun gürcü xalqına lazımdır və
gürcü xalqının mövqeyi də aydındır ki, bu qanun onlara
lazımdır”, - Papuaşvili bildirib.
Gürcüstan parlamenti rus qanununu birinci oxunuşda dəstəkləyib - 83
deputat lehinə olub, heç kim əleyhinə olmayıb. Müxalifət səsvermədə
iştirak etməyib.
İvanişvili hökuməti ötən il vətəndaşların etirazları ilə
dayandırılan rus qanununu ikinci dəfə qəbul etmək istəyir. “Gürcü
arzusu” qanun layihəsinin ilkin redaksiyasından yalnız “agent”
sözünü çıxarıb və onu xarici dövlətin maraqlarının daşıyıcısı ilə
əvəz edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.