Papuaşvili: Bu aksiyalar bizə insanların bu qanun layihəsini dəstəklədiyini göstərdi
Bu hərəkətlər bizə bir daha bu qanuna ehtiyac olduğunu və bu qanun layihəsinə insanların dəstəyini göstərdi”. - Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

“Ona görə də təbii ki, Gürcüstan Parlamenti bu qanunun müzakirəsini davam etdirəcək, əgər kimin arqumenti varsa – müzakirə gedir.

Bizim mövqeyimiz aydındır ki, bu qanun gürcü xalqına lazımdır və gürcü xalqının mövqeyi də aydındır ki, bu qanun onlara lazımdır”,
- Papuaşvili bildirib.

Gürcüstan parlamenti rus qanununu birinci oxunuşda dəstəkləyib - 83 deputat lehinə olub, heç kim əleyhinə olmayıb. Müxalifət səsvermədə iştirak etməyib.

İvanişvili hökuməti ötən il vətəndaşların etirazları ilə dayandırılan rus qanununu ikinci dəfə qəbul etmək istəyir. “Gürcü arzusu” qanun layihəsinin ilkin redaksiyasından yalnız “agent” sözünü çıxarıb və onu xarici dövlətin maraqlarının daşıyıcısı ilə əvəz edib.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google