“Gürcüstanın VMH və Gürcü arzusu Partiyası birgə
Zuqdidi və Rustavi Sakrebulolarında sədrlərin tutduqları
vəzifələrdən kənarlaşdırılması məsələsinin təşəbbüskarı
olub”, - Gürcüstan Naminə Partiyasının üzvü Beka
Liluaşvili mətbuat konfransında bu barədə danışıb.
Zuqdidi və Rustavidə Sakrebulolarının sədrləri vəzifəsini Gürcüstan
üzrə deputatlar tutur.
Beka Liluaşvilinin sözlərinə görə, VMH Partiyası ilə Gürcü Arzusu
arasında Gürcüstan üzrə üzv sədrlərə impiçment elan etmək
üçün
razılıq əldə olunub.
"Artıq VMH rus qanununun müəllifi olan "Gürcü arzusu"
şirkəti ilə açıq əməkdaşlığa başlayır. Gürcüstan vətəndaşlarının
rus qanunlarına qarşı mübarizə apardığı bir vaxtda "Milli Hərəkat"
və "Gürcü arzusu" birlikdə Zuqdididə sədrlərin tutduqları
vəzifələrdən uzaqlaşdırılması məsələsini qaldırıblar. Bu yerlərdə
Sakrebuloların sədrləri bizim komanda üzvlərimiz Qiqa Parulava və
Nodar Şeroziadır. Bu qərarla Gürcü arzusu və VMH arasında
uzunmüddətli əməkdaşlığın olduğu nəhayət üzə çıxacaq ki, bu da
tərəfimizdən uzun müddətdir müzakirə olunur.
Gürcü arzusuna müraciət edirəm, seçkilərdə məğlub olmanız qorxusuna
əsaslanan bu qərarı dayandırın”, - Liluaşvili
bildirib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.