İstintaq xidməti “Vətəndaşlar”ın lideri Aleko Elisaşvilini
dindirilməyə dəvət edib.
Sorğudan çıxandan sonra Elisaşvili bildirib ki, bu sorğu formal
xarakter daşıyır. O, onun döyülməsi ilə bağlı işin ədalətli
araşdırılacağına və onu təhqir edən polislərin cəzalandırılacağına
inanmır.
Elisaşivilinin sözlərinə görə, araşdırmaya ehtiyac olarsa, mitinqdə
hüquq-mühafizə orqanlarının əməkdaşlarının ona necə hücum etdiyini
göstərən kadrlar var.
Müxalifətçi deputat bildirib ki,
bu, cəza əməliyyatı
idi, Mdinaradze mənə cavab verməyə cəsarət etmədi, polisləri çaqqal
kimi üstümə yolladı”.
“Mənasız prosedurdur. İstintaq
başlanmayıb. Mən qanuna hörmət edirəm və ona görə də mən bu
formallığa əməl edəcəm, [istintaqı] izləyəcəm, yoxsa istintaq
istəsələr, orada hər şeyin ovuclarında olduğu, üzlərin göründüyü
kadrlar var... açıq döyülmə, cəza əməliyyatı. Qorxaq və ləçər
Mdinaradze mənə cavab verməyə cəsarət etmədilərsə, polislər başıma
vurdular, üzr istəyirəm, onlar polis deyil, məni döyənlər, “itlər”
dediklərinin ruhi nəslindəndirlər. Yoxsa mən asayiş keşikçilərinə
hörmət edirəm, bəs onlar hansı qanunu müdafiə edirdilər? Kadrları
görəndə daha da gərginləşdim, bu qədər döyüldüyüm yadıma
düşmürdü... 18 illik maddədir, qrup cinayətidir, səlahiyyətdən
sui-istifadədir, amma görərsiniz, iştirak edənləri bu işin altından
çıxaracaqlar”, - Elisaşvili jurnalistlərə bildirib.
Aleko Elisaşvilinin sözlərinə görə, aprelin 17-də Dövlət
Dəftərxanasının qarşısında keçirilən aksiya zamanı polis ona
vəhşicəsinə hücum edib – onun sözlərinə görə, qabırğası sınıb və
bütün bədənində xəsarətlər var.
"Onlar tamamilə amansız idilər, məni
yerə yıxdılar təpik və dizləri ilə vurdular", - Elisaşvili
deyib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.