DTX məktəblərə hücumla bağlı məlumatları öyrənir
Sosial şəbəkələrdə, o cümlədən Telegram kanallarında aprelin 22-də Tbilisidə bir neçə məktəb və ticarət mərkəzlərinə hücumun planlaşdırıldığı barədə məlumatlar yayılıb.

Məlumatlar Telegram kanallarında rus dilində yayılıb.

"Biz birbaşa deyirik hara gedəcəyik... uşaqları bu məktəblərdə güllələyəcəyik. 20 nəfərik, polisdən qorxmuruq. Bizi tuta bilməyəcəklər"...

Dövlət Təhlükəsizliyi Xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, qurumda proses gedir, yayılan məlumatlara bir müddət
əvvəl reaksiya verilib və iş davam etdirilir. DTX bildirib ki: “Hazırda heç nə aşkar olunmayıb”.

Onların sözlərinə görə, məktəblərdən birinin yaxınlığında silah tapılması xəbəri yalandır.

Məlumatın yayılmasından Təhsil Nazirliyi də xəbərdardır: “Müvafiq qurumlar bununla bağlı iş aparır”,
- deyə qurumun mətbuat xidmətindən bizə məlumat verdilər.

Sosial şəbəkələrdə bəzi məktəblərdə dərslərin ləğvi ilə bağlı hələlik Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyən məlumatlar yayılıb.

“Azadlıq” radiosunun məlumatına görə, məktəb rəhbərliyi valideynlərə övladlarını aprelin 22-də məktəbə göndərməmək barədə xəbərdarlıq edir.

Aprelin 21-i axşam saatlarında sosial şəbəkələrdə aprelin 22-də Tbilisidə bir neçə məktəbdə “terror aktı”nın planlaşdırıldığı barədə məlumat yayılıb.

Bənzər məzmunlu məlumat düz üç ay əvvəl Batumidə yayılıb.

Həmin vaxt Dövlət Təhlükəsizlik Xidməti yalan məlumatların Batumidəki ticarət mərkəzləri və təhsil müəssisələri ilə bağlı olduğunu bildirib. Nə qədər binaya baxış keçirildiyi açıqlanmayıb.

21 yanvar 2024-cü il tarixində Acarıstanın yerli KİV-ləri hüquq-mühafizə orqanlarının, o cümlədən kinoloji mütəxəssislərin Batuminin bütün iri ticarət mərkəzlərini, “Batumi Plaza”, “Batumi Mall”, “Grand Mall”, “Metro City” və "Agrohub"u yoxladığını bildirmişdi. Müxtəlif mənbələrə görə, Batumidəki 5 dövlət məktəbi də yalan mesajlara görə bağlanmışdı.

Batumi sakinləri sosial şəbəkələrdə yazıblar ki, - çaxnaşma səbəbindən valideynlər aprelin 22-də övladlarını məktəbə buraxmayırlar.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google