Gürcüstan DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib
Rusiya Oçamçiredə hərbi dəniz limanı inşa edərsə, Abxaziyadan Qara dənizin hərbi-strateji nəzarəti üçün əlavə rıçaq kimi istifadə edəcək.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin parlamentə təqdim etdiyi 2023-cü il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Oçamçirenin su sahəsinin kiçik olması və hazırkı infrastruktur şərtləri nəzərə alındıqda limandan Rusiya donanmasının irihəcmli hərbi gəmiləri üçün istifadə edilməsi ehtimalı yoxdur. Əlavə olunub ki, 2023-cü il ərzində limanda və onun ətrafında vacib infrastruktur işlərinin aparılması müşahidə edilməyib.

Mənbə: apa.az

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google