Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır.
Bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyasının sədri
Aleksandr Noniadze bildirib.
Onun sözlərinə görə, hazırda bazarda avtomobillər maya dəyərindən
aşağı qiymətə satılır:
“2023-cü ilin yazında bazarda avtomobil qıtlığı
qiymətlərin artmasına səbəb olmuşdu. Nəticədə ölkəyə daha çox
nəqliyyat vasitəsi idxal edildi. Təəssüf ki, bu da öz növbəsində
bazarlarda avtomobillərin qiymətlərinin aşağı düşməsinə səbəb
oldu”.
O qeyd edib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6
milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da ötən ilin
göstəricilərindən 31,3% azdır:
“Avtomobillərin təkrar ixracı isə 443,8 milyon dollar
təşkil edib ki, bu da 2023-cü ilin yanvar-mart ayları ilə
müqayisədə 7,8% çoxdur”.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.