Bu ilin yanvar-mart aylarında Gürcüstan qonşu ölkələrə 20,3 milyon
kVt/saat elektrik enerjisi ixrac edib.
Bu barədə Gürcüstan Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədən ixrac edilən
elektrik enerjisinin ümumi dəyəri 1,3 milyon ABŞ dolları təşkil
edib.
Bu ilin birinci rübündə Gürcüstandan elektrik enerjisinin ixracının
həcmi 14 dəfə artıb.
İxrac edilən
elektrik enerjinin böyük hissəsi Azərbaycana (913 min
ABŞ dolları), qalan hissəsi isə Ermənistana (350 min ABŞ dolları)
gedib.
Bu müddət ərzində Gürcüstan 1,9 milyon ABŞ dolları dəyərində 438,4
milyon kVt/saat elektrik enerjisi idxal edib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.