Saxta sürücülük vəsiqələri hazırlayan 4 nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Samtsxe-Cavaxeti bölgəsində saxta sənədlər hazırlama faktına görə 4 nəfəri saxlayıblar.

İstintaq xidmətinin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs şərikləri ilə birlikdə Gürcüstan Daxili İşlər Nazirliyinin xidmət orqanı adından verilmiş saxta sürücülük vəsiqəsi və sürücülük vəsiqəsinin verilməsinə dair saxta arayış hazırlayıb 550 ABŞ dollarına satıb.

“Aparılmış istintaq hərəkətləri nəticəsində əlavə olaraq iki saxta sürücülük vəsiqəsi və onun hazırlanması üçün zəruri olan müxtəlif texniki avadanlıqlar götürülüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin cəza olaraq 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 2-ci hissəsi ilə aparılır”, - məlumatda deyilir.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google