“Kartu” Fondunun qrupdan çıxacağı təqdirdə futbol komandasına 30 milyon lari vəd edib

“Kartu” Fondu futbol üzrə milli komandaya Avropa çempionatının qrupundan çıxacağı təqdirdə 30 milyon lari vəd edib.

Bu barədə “Kartu”nun hökumət mediası tərəfindən yayılan bəyanatında deyilir.

“Futbol üzrə Gürcüstan milli komandası Avropa çempionatına yollanmaqla hər bir gürcüyə böyük sevinc bəxş etdi. Bu uğurun, nəsillərin arzusunun gerçəkləşməsinin arxasında hər bir futbolçunun, məşqçilər korpusunun nümayəndəsinin, futbol sahəsi ilə məşğul olan insanların böyük əməyi var.
Məhz buna görə də futbol komandasının motivasiyasını daha da dəstəkləmək məqsədilə “Kartu” Fondu futbol komandasına Avropa çempionatının qrupundan çıxması halında mükafat olaraq 30 milyon lari verəcək. Bundan əlavə, “Kartu” Fondu  qrupdan çıxdıqdan sonra milli komandanı növbəti matçda qazanılan hər qələbəyə görə əlavə 30 milyon lari məbləğində mükafatlandıracaq.
Milli komandamıza qələbə arzulayırıq. İnanırıq ki, bu, belə heyrətamiz uğur yolunun yalnız başlanğıcıdır və qarşıda hələ çoxlu qələbələr var”,
- bəyanatda deyilir.
Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google