Aprelin 23-də Azərbaycan və Ermənistanın rəsmi mənbələri sərhədin
delimitasiyası prosesinin başlanması barədə məlumat yayıblar.
“23 aprel 2024-cü il Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası
üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün
yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, 2024-cü il
aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan ilə Ermənistan
arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq
koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb”,
– Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin mətbuat üçün
məlumatında deyilir.
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın da mətbuat
xidməti analoji mətni yayıb.
Söhbət Ermənistanın Azərbaycana qaytardığı dörd kəndin (Qazax
rayonu) ərazisində sərhəd hissəsinin delimitasiyasından gedir.
Ötən həftələrdə Azərbaycanın bu kəndlərin nəzarətinə qaytarılması
barədə çağırışı həmin kəndlər ətrafındakı erməni sakinlər arasında
narazılıqla qarşılanıb. Baş nazir Nikol Paşinyan hökuməti də
kəndlərin qaytarılmasına razılıq verdiyinə görə tənqidlərə məruz
qalıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.