“Gürcü arzusu” getdikcə daha çox qeyri-avropalıya çevrilir – avropalı parlamentari
Avropa Parlamentinin deputatı Sven Mikser bəyan edib ki, rus qanunu qəbul ediləcəyi təqdirdə Gürcüstan artıq Avropa İttifaqına daxil olacağını gözləməməlidir. Avropa Parlamentində Gürcüstanla bağlı müzakirələr zamanı o bildirib ki, bu qanunun qəbulu vətəndaş cəmiyyətini və ifadə azadlığını məhdudlaşdıracaq, eyni zamanda ayrı-seçkiliyə yol açacaq.

“Təəssüf ki, bu [rus qanununun qəbulu] Gürcüstanın Avropaya inteqrasiya perspektivlərinə təsir edəcək. “Gürcüstan namizəd ölkədir, lakin “xarici agentlər” haqqında qanun qəbul olunarsa, ölkənin Avropa İttifaqına daxil olacağına dair heç bir gözlənti olmamalıdır”, - deyə Sven Mikser bildirib.
Avropa parlamentarinin fikrincə, Gürcüstan hakimiyyətinin rus qanunlarını qəbul etmək cəhdi “Gürcü arzusu”nun ritorikasının və hərəkətlərinin bir-birindən fərqləndiyinin daha bir nümunəsidir.

Aprelin 23-də Avropa Parlamentində Gürcüstanla bağlı debat keçirilib. Sessiyanın adı “Gürcüstanda xarici təsir agentləri haqqında qanunun yenidən qəbul edilməsi cəhdi və onun vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasına təsiri” olub.

Avropa Parlamentində “Gürcüstanda xarici agentlər haqqında qanunun yenidən tətbiqi cəhdləri və vətəndaş cəmiyyətinə məhdudiyyətlər haqqında” qətnamənin qəbuluna təşəbbüs irəli sürülüb. Qətnamə müəlliflərinin fikrincə, qanun mübahisəli sayılır və hakimiyyətə müstəqil səsləri gözdən salmaq və məhdudlaşdırmaq üçün güclü alət verir. Eyni zamanda, bu, mətbuat və ifadə azadlığını təhdid edir və Gürcüstanda ictimai həyatın həqiqi şəffaflığını azaldacaq. Qətnamə üzrə səsvermə aprelin 25-də keçiriləcək.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google