Parlamentin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası keçirilir
Parlamentin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası keçirilir.

Mitinq təşkilatçılarının bildirdiyinə görə, Daxili İşlər Nazirliyinin aksiya iştirakçılarının sayı bunu tələb etmirsə, yolun hərəkət hissəsinin kəsilməsinin qadağan olunduğu barədə açıqlamasından sonra, bugünkü etiraz aksiyasında müəyyən təxribatlar törədilə bilər.

Gənclərin fikrincə, aksiya ifadə azadlığının hüdudlarından kənara çıxmayacaq və polisin də eyni addımı atacağına ümid edirlər.

“Biz hələ də insanların toplanmasını gözləyirik. Ümid edirik ki, çox insan toplaşacaq. Etirazımız kortəbii və prosesdə planlaşdırılmışdır. Bu gün biz də Daxili İşlər Nazirliyinin bəyanatını gördük və hesab edirik ki, hansısa təxribatların olması riski var.

Etiraz aksiyası bu gün başlamayıb və bitməyəcək. Bu, kortəbii, lakin dinc, xoş və möhkəmdir. Biz heç bir halda ifadə çərçivəsindən kənara çıxmayacağıq və polisin də eyni addımı atacağına böyük ümidimiz var”,
- mitinq iştirakçıları bildiriblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google