Gürcüstanda vergilərdən sonra orta aylıq xalis əmək haqqı 1300 lari
təşkil edir.
Dünyanın ən böyük məlumat bazası olan Numbeo-nun reytinqində
Gürcüstan orta əmək haqqına görə 96 ölkə arasında 71-ci
yerdədir.
Müqayisə üçün: reytinqin lideri İsveçrədə orta aylıq xalis əmək
haqqı 17 290 lari, ən aşağısı isə Misirdə 345 laridir.
Regionun qonşu dövlətləri arasında Gürcüstan təkcə
Azərbaycanı,
eləcə də müharibə şəraitində olan Ukraynanı qabaqlayır.
Azərbaycanda orta aylıq xalis əmək haqqı 1141 laridir və ölkə 75-ci
yerdə, Ukrayna isə 1038 lari ilə 79-cu yerdədir.
Ermənistan, Türkiyə və Rusiya da orta əmək haqqına görə Gürcüstanı
qabaqlayır.
O cümlədən Ermənistanda orta əmək haqqı 1774 lari təşkil edir.
Göstəriciyə görə ölkə reytinqdə 55-ci yeri tutur.
Yalnız bir pillə aşağı orta aylıq xalis əmək haqqı 1763 lari olan
Türkiyə 56-cı yerdədir.
10 pillə aşağı, Rusiya 66-cı yerdədir, burada orta əmək haqqı 1477
laridir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.