Litvanın Gürcüstandakı səfirliyinin məlumatına görə, Rusiyanın
“Xarici təsirin şəffaflığı haqqında” qanunu Avropa İttifaqının
tövsiyələrinə ziddir
və Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmir.
Bu barədə səfirliyin bu gün, aprelin 25-də yaydığı məlumatda
deyilir.
Səfirliyin bəyanatında qeyd edildiyi kimi, Litva səmimi qəlbdən
ümid edir ki, Gürcüstan Aİ-nin yenilənmiş qüvvələr tərəfindən
aktivləşdirdiyi genişlənmə prosesi üçün tarixi fürsət pəncərəsindən
istifadə
edəcək, Avropa Komissiyasının bütün tövsiyələrini yerinə
yetirəcək və tez bir zamanda üzvlük danışıqları barəsində işə
başlaya biləcək.
Bundan əlavə, səfirliyin bəyanatında vurğulanır ki, Litva uzun
müddətdir ki, Gürcüstan və Litva Respublikası arasında çoxillik
dostluq və xüsusi münasibətlərin unikal xarakterini təbliğ etmək
öhdəliyi götürüb və sadiqdir.
Səfirliyin məlumatına görə, Litva da birmənalı olaraq Gürcüstanın
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və
ərazi bütövlüyünü, eləcə də Gürcüstanın Avropa və Avro-Atlantik
inteqrasiyasını dəstəkləyir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.