DTX: “Rustavi şəhər 1 saylı Poliklinika”nın direktoru və həkimi Misir vətəndaşı üçün saxta forma N100 hazırlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq hərəkətləri nəticəsində kommersiya rüşvətxorluq faktına görə qrup halında bir nəfəri yaxalayıb, bir nəfəri ifşa ediblər.


Qurumun məlumatına görə, iş üzrə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, “Rustavi şəhər 1 saylı Poliklinika” MMC-nin direktoru İ.N. və həmin poliklinikanın həkimi M.S sağlamlıq haqqında arayış, N100 formasında, müxtəlif mövcud olmayan xəstəlikləri qeydə alaraq, müvafiq xidmətlər tərəfindən şəxsin ölkədən deportasiya edilməsinə mane olmağa zəmin yaradıblar.

Qrup tərəfindən kommersiya rüşvətxorluğu və qabaqcadan razılaşdırılmış qrup tərəfindən saxta rəsmi sənədlərin hazırlanması faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin dördüncü hissəsinin “A” yarımbəndi və 362-ci maddəsinə əsasən aparılır. Birinci hissə, cəza olaraq 4 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılır.

Qurumun məlumatına görə, istintaq zamanı təqsirli şəxslərin dairəsi genişlənə bilər.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google