Gürcüstan Prokurorluğu: 4 nəfər Avropa kitabxanalarından bahalı kitablar oğurladıqlarlna görə saxlanıldı

Gürcüstan Prokurorluğunun məlumatına görə, Eurojust təşkilatının dəstəyi ilə yaradılmış beynəlxalq istintaq qrupu çərçivəsində Aİ ölkələrinin kitabxanalarından bahalı kitabların oğurlanması ilə bağlı Gürcüstan ərazisində genişmiqyaslı tədbir keçirilib.

Agentliyin məlumatına görə, birgə tədbir çərçivəsində İsveçrə, Fransa və Litva Respublikasının hüquq-mühafizə orqanlarının, Gürcüstan Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan ərazisində yerləşən onlarla yerdə əməliyyat-istintaq tədbirləri həyata keçiriblər.

"Tədbir çərçivəsində onlarla şəxsə, yaşadıqları mənzillərə və onlara aid kitabların satıldığı yerlərə baxış keçirilib. Axtarış nəticəsində külli miqdarda pul, o cümlədən yüzlərlə kitab aşkar edilib Paris Milli Kitabxanasından oğurlandığı iddia edilən saxlanılan şəxslərdən birinin yaşayış evində 19-cu əsrdə nəşr olunmuş fransızdilli kitab da tapılıb. Bu mərhələdə mütəşəkkil cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.
İşin istintaqı müəyyən edib ki, Gürcüstan vətəndaşları 2022-ci ilin əvvəlindən mütəşəkkil cinayətkar qrup yaradaraq, sonradan bütün Avropada satış üçün 19-cu əsrin müxtəlif müəlliflərinin bahalı kitablarını gizli şəkildə əldə etmək niyyətində olublar.
2022-23-cü illərdə mütəşəkkil qrupun üzvləri Avropanın müxtəlif şəhərlərinin kitabxanalarından yüz minlərlə avro dəyərində kitabları gizli şəkildə ələ keçiriblər”,
- prokurorluq bildirir.

Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsinin “A” və “B” bəndləri ilə (oğurluq mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə) ittiham irəli sürülüb, bu isə 6 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google