Gürcüstan Prokurorluğu: Keçmiş arvadını öldürməyə cəhdə və qadının indiki həyat yoldaşını öldürdüyünə görə 1 nəfər 18 il həbs cəzası alıb

Telavi məhkəməsi keçmiş arvadını öldürməyə cəhd edən və qadının indiki ərini öldürən kişini 18 il müddətinə azadlıqdan məhrum edib.

Agentliyin məlumatına görə, qətl 2023-cü ilin noyabrında Saqareco rayonunun Keşəli kəndində baş verib.

“2023-cü il noyabrın 28-də o, keçmiş həyat yoldaşı və onun həyat yoldaşının yaşadığı, Saqareco rayonunun Keşəli kəndindəki evinə silahlı halda gəlib və orada kişinin anasının gözü qarşısında odlu silahdan ər-arvada bir neçə dəfə atəş açıb. Aldığı xəsarətlər nəticəsində kişi yerindəcə keçinib, qadının həyatı isə xilas edilib”, - prokurorluğun məlumatında deyilir.

Həmin şəxsə qarşı Mülki Məcəllənin üç maddəsi, 109-cu maddəsi – ağırlaşdırıcı hallarda, qəsdən başqalarının həyatına və sağlamlığına təhlükə törədən üsulla və xüsusi amansızlıqla qəsdən adam öldürmə, həmçinin, Mülki Məcəllənin 111, 19, 109-cu maddələrinin “b”, “h”, “k” və “l” yarımbəndləri, həmçinin 236-cı maddənin 3-cü və 4-cü hissələri ilə (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə) ona qarşı ittiham irəli sürülüb.

Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google