Avropa çempionatının 1/8 finalında İspaniyaya 1:4 hesabı ilə uduzan
Gürcüstan millisinin hücumçusu Qiorqi Mikautadze fikirlərini
bildirib.
"İspaniya bizi məğlub etdi. Məncə, bu, Avro-2024-ün ən
yaxşı komandasıdır. Onlar sürəti artırmaq qərarına gələndə bizim
üçün çətin idi, qəhrəmanlıq etmək lazım idi.
Çətin oldu, amma göstərdiklərimizdən razıyıq. Turnirdə
iştirakımızla fəxr edə bilərik”, - deyə Mikautadze
beIN Sports-un efirində bildirib.