Galt&Taggart-ın tikinti və təmir sektoru ilə bağlı sorğusuna
əsasən,
“tikinti və təmir materialları idxalının yarıdan çoxu Türkiyə və
Çindən gəlir”.
Ümumilikdə, 2023-cü ildə tikinti və təmir materialları, mebel və
məişət texnikası idxalı 2,6 milyard dollar təşkil edib. Türkiyənin
ümumi idxalda payı 34,4%, Çininki isə 17,9% olub.
“Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyədir ki,
buna nisbətən ucuz nəqliyyat və son illərdə zəif türk lirəsi kömək
edir. İkinci ən böyük tərəfdaş Çindir ki, buradan əsasən məişət
texnikası, mebel və polad məmulatları idxal edilir”,
- Galt&Taggart-ın araşdırması qeyd edir.
Onu da qeyd edək ki, hesabat dövründə tikinti və təmir
materialları, mebel və məişət texnikasının 9,5 faizi Rusiyadan, 5,6
faizi İrandan, 5,4 faizi Azərbaycandan, 27,2 faizi isə digər
ölkələrdən idxal edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415